logo
logo logo
logo

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

17:33 - 14 Noyabr 2026

Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.


Manset.az xəbər verir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 16-sı gündüzədək davam edəcək.

Bu günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 3-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az