Mişustin Əsədova zəng etdi

14:02 - 16 Fevral 2024

Mişustin Əsədova zəng etdi

Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədova zəng edib.

 

Manset.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mixail Mişustin Azərbaycan Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əli Əsədovu təbrik edib.

Telefon danışığı əsnasında tərəflər Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az