Müdafiə Nazirliyindən vətəndaşlara MÜRACİƏT

14:33 - 17 Fevral 2024

Müdafiə Nazirliyindən vətəndaşlara MÜRACİƏT

Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək.

 

Manset.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az