Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM - FOTO

08:56 - 10 Aprel 2024

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

 

Manset.az xəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub:

“İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az