Yevlaxda ağır qəza - Ölən və yaralananlar var

10:07 - 26 May 2024

Yevlaxda ağır qəza - Ölən və yaralananlar var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, "VAZ-21011" markalı avtomobil yol kənarında dayanan kiçiktutumlu yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ" markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Sanayidova Bahar Məzahir qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların içərisində 5, 6 və 7 yaşlarında uşaqlar da var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az