“Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq. “Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri təbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlı təqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamik inkişaf etdiyini bir daha təsdiqləyir: “Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələr sırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir” .
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”- Kamaləddin Qafarov
10:45 - 28 Sentyabr 2024

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

“Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

Rusiyanın sığorta iddiasına Azərbaycandan RƏSMİ CAVAB

Prezident SƏRƏNCAM imzaladı

Milli Məclisin xüsusi iclası keçiriləcək

Rusiya XİN-dən AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı AÇIQLAMA

Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır

Azərbaycan XİN Sudana başsağlığı verdi

Deputat Pərvanə Vəliyeva seçicilərlə görüşdü - FOTOLAR

Prezident səfiri geri çağırdı

Prezidentdən Yusif Səmədoğlu ilə bağlı SƏRƏNCAM

Zəfər müjdəli Vətən müharibəsi - Dövlətçilik tariximizin dönüş nöqtəsi
Xəbər xətti
- 05 Sentyabr 2025
- 17:55 "Qarabağ" prezidentindən BOS açıqlaması
- 17:40 Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı
- 17:21 “Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”
- 17:11 Piyadanı vuran sürücü yolun ortasında döyüldü - ANBAAN GÖRÜNTÜ
- 16:54 "Fənərbaxça" Bodrum FK ilə 3 illik müqavilə imzaladı
- 16:51 Azərbaycanda bu şəxslər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏK
- 16:38 ABŞ bu vətəndaşlarına viza məhdudiyyəti qoyur
- 16:26 Qəzzada ölənlərin sayı 64 min 300-ə çatdı
- 16:22 ADSEA-da “WaterTech Bootcamp”ın açılış mərasimi keçirildi - FOTOLAR
- 16:10 Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı
- 15:59 Anar Bağırov növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
- 15:49 "Danışıqlar İstanbul formatında davam etdirilməlidir" - Peskov
- 15:41 Co Bayden əməliyyat keçirdi
- 15:31 Çin “Şiyan-29” peykini kosmosa göndərdi
- 15:24 Maduro səfərbərlik elan etdi
- 15:21 Bakıda bu yollar qismən bağlanır
- 15:05 Maliyyə Nazirliyi banklara 200 milyon manat pul qoydu
- 14:51 Baş nazirdən avtobuslarla bağlı QƏRAR
- 14:36 "Yığılan pullar hara gedir?" — Deputat AYNA-ya səsləndi
- 14:19 Çin Əfqanıstana humanitar yardım göndərdi
- 14:10 Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib
- 13:57 "Biz Zelenski ilə görüşməyə hazırıq" - Putin
- 13:50 Qəzza zolağına hücum nəticəsində 16 fələstinli həlak oldu
- 13:47 Sabah hava necə olacaq?
- 13:45 Yaponiyada qasırğa ilə bağlı xəbərdarlıq edildi
- 13:33 Rektor özünə köməkçi və müşavirlər təyin etdi
- 13:11 Çimərliklərdə hava necədir?
- 12:57 Rusiyanın sığorta iddiasına Azərbaycandan RƏSMİ CAVAB
- 12:50 "Fənərbaxça" Mourinyo ilə bağlı yayılan iddiaları təkzib etdi
- 12:48 Prezident SƏRƏNCAM imzaladı
- 12:47 Yol əhvalatı… - Gülər Mübariz yazır
- 12:44 Ənənədən trendlərə - Kənd həyatını sevdirən TikTok yaradıcıları
- 12:33 Milli Məclisin xüsusi iclası keçiriləcək
- 12:24 Bu ölkədə avtobus qəzası oldu - 15 ölü, 16 yaralı
- 12:23 Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
- 12:11 Adəm Məmmədov həbsdən çıxdı
- 11:57 Aynur Camalın agentliyi özünü doğrultmadı - Əməkdaşlar kütləvi işdən çıxarıldı
- 11:54 Rusiyada miqrasiya qanunu sərtləşdirilir - Azərbaycanlıları nə gözləyir?
- 11:38 "Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib" - Hökumənin atası
- 11:21 Üstünə darvaza aşan kişi öldü
- 11:07 Messi Argentinada son oyununa çıxdı - VİDEO
- 10:57 Öz ayaqlarını kəsən cərrah həbs olundu
- 10:54 Sabiq prokuror vəfat etdi – FOTO
- 10:45 Montellaya Türkiyə vətəndaşlığı veriləcək
- 10:23 Bu ərazilərdə qaz kəsiləcək
- 10:09 Yol polisindən bu sürücülərə XƏBƏRDARLIQ
- 09:54 Azərbaycan İslandiyaya qarşı
- 09:45 Bakıda evlərə girən qadın kimdir? - Görüntüləri yayıldı
- 09:34 “Tezliklə Putinlə görüşəcəyəm" - Tramp
- 09:25 Neftimizin yeni QİYMƏTİ
- 09:09 Gəncədə 4 otaqlı ev yandı - Ər-arvad zəhərləndi

