“Bu gün müstəqil Azərbaycan dövlətinin yeni tarixini tədqiq edən bütün ekspertlər birmənalı olaraq təsdiq edirlər ki, əgər müstəqilliyin ilk illərində respublikanın rəhbərliyində duran qüvvələr sağlam düşüncənin səsinə qulaq asıb, Ulu Öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın və Şuşa kimi şəhərlərimiz xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardan keçməzdi.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, bütün bunlar ona görə baş verirdi ki, o dövrdə siyasi hakimiyyətdə olan qüvvələr Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. “Nəticədə həmin qüvvələr ölkəni uçurumun kənarına gətirib çıxardılar və Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar. 1993-cü il iyun ayının 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Respublikada siyasi hakimiyyətə qayıdan Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası, ölkədəki qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi, respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər gördü. Bütün bunlar xalqın müqəddaratı ilə bağlı taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan, tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış yeganə dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində xüsusi rolunu və yerini bir daha müəyyən etdi. Ulu Öndər üzərinə götürdüyü xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur..”
K.Qafarov bildirib ki, 1993-cü ilin 3 oktyabr tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsilə ölkənin inkişaf yolu yeni, yeganə doğru istiqamətə yönəldilmişdir: “Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Ümummilli Lider beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və görkəmli dövlət xadimi olduğunu təsdiq etmişdir. 1993-cü il 3 oktyabr tarixində ölkəmizdə keçirilmiş prezident seçikilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək belə demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər Heydər Əiyev qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı və böyük uğurların əldə olunmasını təmin etdi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.”
K.Qafarov bildirib ki, Ümummilli Liderimizin müəyyən etdiyi xarici siyasət strategiyası bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınmasını, ölkəmizin beynəlxalq nüfuzunun artmasını təmin edən əsas amildir: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu xarici siyasət kursu sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən də məhz Ulu Öndər olmuşdur. Bu gün Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yüksəlişə və dinamik inkişafa nail olub. Keçən ilin sentyabr ayında Azərbaycan xalqı, Azərbaycan Ordusu Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu ali məqsədə də tam nail oldu. Bu zəmində yaranmış yeni reallıqlar Azərbaycanın bu gün bütün Cənubi Qafqazı inkişafa apara biləcək gücə sahib bir dövlətə çevrildiyini təsdiq edir” .
“ Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır” - Kamaləddin Qafarov
10:57 - 02 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Fevral 2026 - 17:52
Müşfiq Abbasov həbs edildi
23 Fevral 2026 - 11:26
Prezident onları təltif etdi - SƏRƏNCAM
23 Fevral 2026 - 16:03
İtkin düşən iş adamının meyidi tapıldı
23 Fevral 2026 - 18:21
Bakı aeroportunda 3-cü terminal inşa ediləcək
23 Fevral 2026 - 18:51
23 yaşlı qadın bıçaqlandı - Əri şübhəlidir
23 Fevral 2026 - 14:00
Kəmaləddin Heydərovun müavinlərinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ - SƏRƏNCAM
23 Fevral 2026 - 20:42
Alim Qasımov Bakıda zavod açdı
23 Fevral 2026 - 20:53
DİQQƏT! Bakıda bu yollar bağlanacaq
23 Fevral 2026 - 18:34
Cevdet Yılmaz Azərbaycana gəlir
23 Fevral 2026 - 23:04
Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü
23 Fevral 2026 - 11:35
Onlar aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar - SƏRƏNCAM
23 Fevral 2026 - 11:55
“Televiziya kazino deyil” - Məşhur aparıcıdan SƏRT TƏNQİD
Xəbər xətti
- 24 Fevral 2026
- 01:30 İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?
- 01:30 Gecə edilən bu üz baxımı ziyandır
- 00:02 Bu gün Novruzun ilk çərşənbəsidir
- 23 Fevral 2026
- 23:51 “Fənərbaxça” doğma meydanda xal itirdi
- 23:43 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:22 Fuad Oktay Azərbaycana gəldi
- 23:04 Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü
- 22:47 "Qarabağ" Joni Montiellə arxadan yaxşı hücumlar qurur" - "Nyukasl"ın futbolçusu
- 22:34 Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı
- 22:14 Hərbi helikopter qəzaya uğradı - 15 nəfər öldü
- 21:52 8 kəndi birləşdirən bələdiyyənin sədrinə "stop" qoyuldu
- 21:32 Fermadan meyit tapıldı
- 21:18 Altıncı günün duası - İmsak və iftar vaxtı
- 21:03 Şəkidə yaşayış binasında YANĞIN
- 20:53 DİQQƏT! Bakıda bu yollar bağlanacaq
- 20:42 Alim Qasımov Bakıda zavod açdı
- 20:29 "Türkiyə ilə Yunanıstanın münasibətləri yaxşılaşır" - Ərdoğan
- 20:16 "Neftçi" bu futbolçunun formasını əbədiləşdirdi
- 19:58 “Azərişıq” 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görüldü - FOTOLAR
- 19:49 Esvatini Kralı WUF13-də iştirak edəcək
- 19:36 Trampdan Meksikaya ÇAĞIRIŞ
- 19:14 Marko Rubio İsrailə səfərini təxirə saldı
- 18:51 23 yaşlı qadın bıçaqlandı - Əri şübhəlidir
- 18:34 Cevdet Yılmaz Azərbaycana gəlir
- 18:21 Bakı aeroportunda 3-cü terminal inşa ediləcək
- 18:09 Hazırda 22 yolda tıxac var - SİYAHI
- 17:55 Cənubi Koreyada dəhşətli meşə yanğınları - 3 gündür davam edir
- 17:55 "Psixoloji zərbə alsaq da, hazırlığımız pis deyil" - Qurban Qurbanov
- 17:52 Müşfiq Abbasov həbs edildi
- 17:51 İran ordusu ABŞ-yə meydan oxudu
- 17:46 Astarada 10 kq narkotik aşkarlandı
- 17:35 Türkiyəli tanınmış aktrisa həyat yoldaşından ayrılır
- 17:34 Sabiq müavinin həbs müddəti uzadıldı
- 17:29 "Beşiktaş"ın məşhur ulduzu yaralandı - FOTO
- 17:19 Hadisənin Ramazanla bağlı paylaşımı qınandı - Açıqlama verdi / FOTO
- 17:16 Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI
- 17:13 Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər SAXLANILDI
- 17:13 "Bunu etməsəniz, nəticələri ağır olacaq" - Tramp "Netflix"i təhdid etdi
- 17:02 Osimhenlə bağlı şok iddia - "Qalatasaray" maaşını vermir?
- 16:48 "Üçüncü Dünya Müharibəsi artıq başlayıb" - Zelenskidən dünyanı sarsıdan açıqlama
- 16:43 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər - FOTOLAR
- 16:24 Arvadını və uşaqlarını öldürdükdən sonra intihar etdi
- 16:16 16 avtomobil toqquşdu - Ağır qəza
- 16:05 Xətaidə evlərin altında qalan magistral su xətti dəyişdirildi - FOTO/VİDEO
- 16:03 İtkin düşən iş adamının meyidi tapıldı
- 15:51 ABŞ-də yenə qar fırtınası - Xəbərdarlıq edildi
- 15:49 Dayanacaqda saxlanılan yarım milyonluq avtomobil kimindir?
- 15:31 Elnur İbrahimov vəzifəsindən azad edildi
- 15:20 İcra başçısına yeni müavin təyin olundu
- 15:05 İlham Əliyevdən YENİ QANUN
- 14:59 5 günlük körpə Bakıda ÖLDÜ