“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”
Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
10:39 - 04 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Fevral 2026 - 17:52
Müşfiq Abbasov həbs edildi
23 Fevral 2026 - 11:26
Prezident onları təltif etdi - SƏRƏNCAM
23 Fevral 2026 - 18:21
Bakı aeroportunda 3-cü terminal inşa ediləcək
23 Fevral 2026 - 16:03
İtkin düşən iş adamının meyidi tapıldı
23 Fevral 2026 - 14:00
Kəmaləddin Heydərovun müavinlərinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ - SƏRƏNCAM
23 Fevral 2026 - 18:51
23 yaşlı qadın bıçaqlandı - Əri şübhəlidir
23 Fevral 2026 - 20:42
Alim Qasımov Bakıda zavod açdı
23 Fevral 2026 - 20:53
DİQQƏT! Bakıda bu yollar bağlanacaq
23 Fevral 2026 - 11:35
Onlar aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar - SƏRƏNCAM
23 Fevral 2026 - 18:34
Cevdet Yılmaz Azərbaycana gəlir
23 Fevral 2026 - 09:07
Deputatın döydürdüyü deyilən köməkçi işdən çıxdı
23 Fevral 2026 - 09:48
Azərbaycanda bu şəxslərə əlavə kompensasiyalar ÖDƏNİLƏCƏK
Xəbər xətti
- 23 Fevral 2026
- 23:51 “Fənərbaxça” doğma meydanda xal itirdi
- 23:43 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:22 Fuad Oktay Azərbaycana gəldi
- 23:04 Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü
- 22:47 "Qarabağ" Joni Montiellə arxadan yaxşı hücumlar qurur" - "Nyukasl"ın futbolçusu
- 22:34 Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı
- 22:14 Hərbi helikopter qəzaya uğradı - 15 nəfər öldü
- 21:52 8 kəndi birləşdirən bələdiyyənin sədrinə "stop" qoyuldu
- 21:32 Fermadan meyit tapıldı
- 21:18 Altıncı günün duası - İmsak və iftar vaxtı
- 21:03 Şəkidə yaşayış binasında YANĞIN
- 20:53 DİQQƏT! Bakıda bu yollar bağlanacaq
- 20:42 Alim Qasımov Bakıda zavod açdı
- 20:29 "Türkiyə ilə Yunanıstanın münasibətləri yaxşılaşır" - Ərdoğan
- 20:16 "Neftçi" bu futbolçunun formasını əbədiləşdirdi
- 19:58 “Azərişıq” 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görüldü - FOTOLAR
- 19:49 Esvatini Kralı WUF13-də iştirak edəcək
- 19:36 Trampdan Meksikaya ÇAĞIRIŞ
- 19:14 Marko Rubio İsrailə səfərini təxirə saldı
- 18:51 23 yaşlı qadın bıçaqlandı - Əri şübhəlidir
- 18:34 Cevdet Yılmaz Azərbaycana gəlir
- 18:21 Bakı aeroportunda 3-cü terminal inşa ediləcək
- 18:09 Hazırda 22 yolda tıxac var - SİYAHI
- 17:55 Cənubi Koreyada dəhşətli meşə yanğınları - 3 gündür davam edir
- 17:55 "Psixoloji zərbə alsaq da, hazırlığımız pis deyil" - Qurban Qurbanov
- 17:52 Müşfiq Abbasov həbs edildi
- 17:51 İran ordusu ABŞ-yə meydan oxudu
- 17:46 Astarada 10 kq narkotik aşkarlandı
- 17:35 Türkiyəli tanınmış aktrisa həyat yoldaşından ayrılır
- 17:34 Sabiq müavinin həbs müddəti uzadıldı
- 17:29 "Beşiktaş"ın məşhur ulduzu yaralandı - FOTO
- 17:19 Hadisənin Ramazanla bağlı paylaşımı qınandı - Açıqlama verdi / FOTO
- 17:16 Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI
- 17:13 Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər SAXLANILDI
- 17:13 "Bunu etməsəniz, nəticələri ağır olacaq" - Tramp "Netflix"i təhdid etdi
- 17:02 Osimhenlə bağlı şok iddia - "Qalatasaray" maaşını vermir?
- 16:48 "Üçüncü Dünya Müharibəsi artıq başlayıb" - Zelenskidən dünyanı sarsıdan açıqlama
- 16:43 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər - FOTOLAR
- 16:24 Arvadını və uşaqlarını öldürdükdən sonra intihar etdi
- 16:16 16 avtomobil toqquşdu - Ağır qəza
- 16:05 Xətaidə evlərin altında qalan magistral su xətti dəyişdirildi - FOTO/VİDEO
- 16:03 İtkin düşən iş adamının meyidi tapıldı
- 15:51 ABŞ-də yenə qar fırtınası - Xəbərdarlıq edildi
- 15:49 Dayanacaqda saxlanılan yarım milyonluq avtomobil kimindir?
- 15:31 Elnur İbrahimov vəzifəsindən azad edildi
- 15:20 İcra başçısına yeni müavin təyin olundu
- 15:05 İlham Əliyevdən YENİ QANUN
- 14:59 5 günlük körpə Bakıda ÖLDÜ
- 14:50 Ceyhun Əsgərov bərpa mərkəzi açdı
- 14:30 İncəsənət əsərlərinə görə ƏDV alınmayacaq
- 14:15 Nadir avtomobillərin idxalı ƏDV-dən azad olunur