Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin Laçın istiqamətində, Qızıltəpə dağı istiqamətində gedən döyüşlərdə ağır itkilər verdiklərini təsdiq ediblər.
Manset.az oxu24.com-a istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumatda deyilir ki, saat 16.00-a olan məlumata görə erməni tərəfi üçün vəziyyət “olduqca ağırdır, itkilər var, 2 döyüş mövqeyi əldən verilib”.