“AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. “Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək.”
Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi” .
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - Kamaləddin Qafarov
10:47 - 09 Yanvar 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
05 Noyabr 2026 - 11:20
Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi
05 Noyabr 2026 - 18:47
Mirziyoyev İlham Əliyevi təbrik etdi
05 Noyabr 2026 - 15:45
Prezident bir qrup media nümayəndəsini təltif etdi - SƏRƏNCAM
05 Noyabr 2026 - 01:55
"Sabah" "Vikinq"ə məğlub oldu - YENİLƏNİB
05 Noyabr 2026 - 12:28
Leysan, dolu, qar - Sabahın havası
05 Noyabr 2026 - 12:53
Ərdoğan Azərbaycana səfər edəcək
05 Noyabr 2026 - 17:22
Bakıda yağış yağır - FAKTİKİ HAVA
05 Noyabr 2026 - 12:47
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
05 Noyabr 2026 - 13:24
Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq
05 Noyabr 2026 - 09:40
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
05 Noyabr 2026 - 17:51
Prezident bu məşhur aparıcıları da təltif etdi
05 Noyabr 2026 - 13:30
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Xəbər xətti
- 06 Noyabr 2026
- 01:30 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
- 00:30 “Liverpul”un qapıçısı klubdan gedir?
- 05 Noyabr 2026
- 23:58 Aeroport yolunda sürət həddi endirildi
- 23:43 Şəkidə 2 maşın toqquşdu - Yaralılar var
- 23:29 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:11 Azərbaycanın Türkiyədəki səfiri Binəli Yıldırımla görüşdü
- 23:00 Balakən xəstəxanasına yeni direktor təyin edildi - FOTO
- 22:42 39 yaşlı kişi bıçaqlandı - Qonşusu şübhəlidir
- 22:29 Paraqvay Prezidenti istefa verdi
- 22:16 Zelenski Trampın həyat yoldaşını təltif etdi
- 21:51 Lökbatan hövzəsi üzrə yeni irimiqyaslı layihə - VİDEO
- 21:32 Köhnə sənədlə evini qeydiyyata alanlar rüsum ödəyəcək
- 21:22 Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşdi - FOTO
- 21:16 Ronaldo üçün vida mərasimi keçiriləcək
- 20:33 Nigar Həmzəyevadan sonra Elvin Hacıyev də Səhiyyə Nazirliyindəki işindən ayrıldı
- 20:31 Türkiyədə silahlı hücum - 7 ölü var
- 20:07 Bu şəxslər 3600 manat maaş alacaq
- 19:57 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
- 19:41 ABŞ hərbçilərini Polşadan Litvaya köçürdü
- 19:17 Budanov Ukraynanı qarışdıran “Karfagen” əməliyyatından danışdı
- 18:47 Mirziyoyev İlham Əliyevi təbrik etdi
- 18:40 "İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilfi
- 18:38 İtaliyalı nazir Bakıya gələcək
- 18:02 Bakıda 24 istiqamətdə sıxlıq var
- 17:55 Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
- 17:51 Prezident bu məşhur aparıcıları da təltif etdi
- 17:48 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu
- 17:46 Tayvan ətrafında Çin hərbi fəallığı artır
- 17:40 Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb - AYNA
- 17:30 Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” xeyriyyə aksiyası
- 17:22 Bakıda yağış yağır - FAKTİKİ HAVA
- 17:20 O da Səhiyyə Nazirliyindən istefa verdi
- 17:13 Hörmüzdə 2 tanker vuruldu
- 17:11 Fransada polis tələbələrə müdaxilə etdi
- 17:10 TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
- 17:00 "Bütün məkrli planları puça çıxacaq" – Deputatdan ilginc açıqlamalar
- 16:51 İordaniyada polis əməkdaşlarına bıçaqlı hücum - 1 polis həlak oldu, 1-i yaralandı
- 16:51 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
- 16:46 Yunanıstanda tələbələrdən təhsil büdcəsinə ETİRAZ
- 16:44 Dövlət Vergi Xidmətində yeni təyinat - FOTO
- 16:30 Vəkil köməkçilərinin reyestri istifadəyə verildi
- 16:24 Nyu-Yorkda yaşayış evində dəhşətli yanğın - 6 ölü, 7 yaralı
- 16:13 Almaniya rəsmisi müəmmalı şəkildə öldü
- 16:00 İlham Əliyev brazilyalı həmkarını təbrik etdi
- 15:55 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
- 15:46 Tramp-Putin-Cinpin görüşü ola bilər
- 15:45 Prezident bir qrup media nümayəndəsini təltif etdi - SƏRƏNCAM
- 15:40 Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq
- 15:30 Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı oldu - FOTOLAR
- 15:23 Baş prokuror Abşeronda vətəndaşları qəbul etdi - FOTOLAR
- 15:08 Daha bir istiqamətdə əlavə qatar reysləri təyin edildi