“AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. “Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək.”
Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi” .
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - Kamaləddin Qafarov
10:47 - 09 Yanvar 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
07 Sentyabr 2026 - 10:12
Bu müəllimlər imtahana cəlb olunacaqlar
07 Sentyabr 2026 - 09:18
Bu günün hava proqnozu - Şimşək çaxacaq, yağış yağacaq
07 Sentyabr 2026 - 12:26
Sentyabrda 8 gün iş olmayacaq
07 Sentyabr 2026 - 12:13
Əməkdar artist komaya düşdü - FOTO
07 Sentyabr 2026 - 09:32
Sumqayıtda uşaqlar üçün yeni fürsət – Qüsursuz Nitq Psixologiya Mərkəzindən xüsusi xidmətlər
07 Sentyabr 2026 - 15:20
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
07 Sentyabr 2026 - 15:34
Mourinyodan Arda Gülərlə bağlı cavab - "Oynamayacaq!"
07 Sentyabr 2026 - 10:50
Toy faciəyə döndü - 22 nəfər can verdi
07 Sentyabr 2026 - 14:00
İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
07 Sentyabr 2026 - 16:09
Öldüyünü düşünüb yas saxladılar - 10 gün sonra ortaya çıxdı
07 Sentyabr 2026 - 13:58
Fəxri Kazımov vəzifəsindən azad olundu - SƏRƏNCAM
07 Sentyabr 2026 - 14:23
İpoteka Fondunun yeni sədri kimdir? - DOSYE
Xəbər xətti
- 08 Sentyabr 2026
- 01:30 Kişilərdə daimi yorğunluğun arxasındakı təhlükə - Araşdırma
- 00:30 Gənclərə yol göstərməsini istədilər - Təklifi geri çevirdi
- 07 Sentyabr 2026
- 23:51 Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO
- 23:45 Aeroport yolunda sürət həddi endirildi
- 23:29 Tovuzda zəncirvari QƏZA - Ölən var
- 23:17 Bu ölkədə vətəndaşlıq almaq çətinləşdirilir
- 22:54 Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
- 22:32 "Putin Trampı məyus etmək istəmir"
- 22:16 Ancelina Coli Xarkova səfər etdi
- 21:52 Bayılda binanın fasadı qopdu - VİDEO
- 21:33 Sumqayıtda 4 maşın toqquşdu - Yaralılar var
- 21:14 “Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan
- 20:45 Türkiyədə ağır qəza - Ölənlər var
- 20:22 "Neftçi" nigeriyalı hücumçunu heyətinə qatdı - FOTO
- 20:07 Binəqədidə yarımtikilidə YANĞIN - VİDEO
- 19:42 Güclü külək bu bölgələrdə fəsadlar yaratdı - FOTO
- 19:21 Binəqədidə velosiped oğrusu saxlanıldı
- 19:06 Beyləqanda AĞIR QƏZA - Ata öldü, qızı yaralandı
- 18:48 Güclü külək Cəlilabad-Göytəpə yolunda ağacları aşırdı - VİDEO
- 18:33 Hazırda 19 yolda tıxac var - SİYAHI
- 18:16 Mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı
- 18:00 İlon Maskdan gözlənilməz 2036-cı il PROQNOZU
- 17:50 "Barselona"nın yetirməsi Kristian Telyo karyerasını bitirdi
- 17:40 Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR
- 17:30 Nazirlik əhaliyə yenidən müraciət etdi
- 17:20 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
- 17:12 Şamaxı və Şahdağa dolu düşdü - YENİLƏNDİ
- 17:04 Biri 13, digəri 12 il müddətinə həbs edildi
- 16:50 Qubada kanaldan meyit tapıldı
- 16:33 "Tramp və Putin arasında telefon danışığı gözlənilir" - Kreml
- 16:20 Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - VİDEO
- 16:13 Yol tikintisi zamanı minilliklər əvvələ aid saxsı qablar tapıldı - FOTOLAR
- 16:09 Öldüyünü düşünüb yas saxladılar - 10 gün sonra ortaya çıxdı
- 15:59 Belçikada həbsxana işçiləri 5 günlük etirazlara başladılar
- 15:52 Güclü sel nəticəsində ölənlərin sayı 1355 oldu
- 15:49 Fransada hicab qadağası? - Prezidentliyə namizəddən VƏD
- 15:44 "Rusiyanın neft emalı zavodları və PUA obyektləri vurulub" - Ukrayna Prezidenti
- 15:34 Mourinyodan Arda Gülərlə bağlı cavab - "Oynamayacaq!"
- 15:30 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
- 15:20 İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
- 15:12 “Azercell” və ADA süni intellekt üzrə praktiki təlim keçirdi
- 15:05 Putin Moskvada Paşinyanla bu məsələləri müzakirə edəcək - AÇIQLANDI
- 14:57 Məhkumun gizlətdiyi "Kalaşnikov" avtomatı tapıldı
- 14:47 Gəncədə zəncirvari qəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI
- 14:36 Təyyarədə sərnişinlərə hücum etdi
- 14:23 İpoteka Fondunun yeni sədri kimdir? - DOSYE
- 14:10 "ABŞ neft tankerlərimizə hücum etsə, cavab verəcəyik" - Qalibaf
- 14:00 İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
- 13:59 Prezident Əziz Səncəri təltif etdi - SƏRƏNCAM
- 13:58 Fəxri Kazımov vəzifəsindən azad olundu - SƏRƏNCAM
- 13:50 3 aylıq körpə anasının qucağından yıxılıb öldü