Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var

12:32 - 30 Noyabr 2021

Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

 

Manset.az  xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. 

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az