Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verdi

18:48 - 30 Noyabr 2021

Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verdi

"Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik".

Manşet.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının "Twitter" səhifəsində qeyd olunub.

“Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildiririk”, - təşkilatın məlumatında deyilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az