Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

14:50 - 10 İyun 2025

Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətiondə problem yaranıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

Əməkdaşımız xəbəri dəqiqləşdirmək üçün Misir Mərdanovun özü ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında sabiq nazir xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa ehtiyac yoxdur. İnşallah sabah işdə olacam". 

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv