“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”.
Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu. “Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək. Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.”
Fikirlərini davam etdirən Kamaləddin Qafarov Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən mühüm tarixi sənəd olduğunu xüsusi vurğulayıb: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması böyük tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyi üçün birgə fəaliyyət göstərəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış etməsi də heç bir şübhə doğurmur. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir” .
“Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”
11:37 - 14 İyun 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Fevral 2026 - 16:41
SON DƏQİQƏ! Kəmaləddin Heydərovun 3 müavini qəfil işdən çıxarıldı
14 Fevral 2026 - 12:30
Azərbaycanda tanınmış polkovnik vəfat etdi - FOTO
14 Fevral 2026 - 09:21
Məşhur aparıcı televiziyadan getdi - FOTO
14 Fevral 2026 - 20:35
"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə
13 Fevral 2026 - 23:51
Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var
14 Fevral 2026 - 13:13
Rəqəmsallaşma milli təhlükəsizlik və iqtisadi dayanıqlılığın əsas şərtidir
14 Fevral 2026 - 11:05
Xalq artistinin həyat yoldaşı işdən çıxarıldı - YENİ TƏYİNAT
13 Fevral 2026 - 23:58
Ata Abdullayev evində belə qarşılandı - VİDEO
14 Fevral 2026 - 18:42
“Sərhədlərimizdə sülh qurulur” - İlham Əliyev
14 Fevral 2026 - 00:27
Bu gündən aeroport yolu bağlıdır - Sürücülərin DİQQƏTİNƏ
14 Fevral 2026 - 18:24
“Azərbaycan vasitəsilə Avropaya gedən dəhlizin də çox böyük potensialı var” - Prezident
13 Fevral 2026 - 23:11
Təyyarədə dava düşdü - Təcili eniş etdi
Xəbər xətti
- 14 Fevral 2026
- 22:07 Kəmaləddin Heydərovun 3 müavini eyni vaxtda niyə işdən çıxarıldı? - DETALLAR
- 21:58 Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir – Hikmət Hacıyev
- 21:51 Prezident "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşdü
- 21:44 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi
- 21:29 “Azərbaycan regionun gündəliyini müəyyən edən dövlətdir”
- 21:16 Zelenski İlham Əliyevə təşəkkür etdi
- 20:53 “TRIPP Ağ Ev administrasiyası üçün vacib olacaq”
- 20:46 Azərbaycan Basketbol Liqasında XVII tura yekun vuruldu
- 20:38 “Əminəm ki, Ermənistan xalqı da belə düşünür”
- 20:35 "Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə
- 20:29 "Hyundai" mopedlə toqquşdu - 17 yaşlı gənc yaralandı
- 20:18 “Qonşularınızla yaxşı münasibətləriniz olmalıdır, Azərbaycan buna çalışır”
- 20:07 Naxçıvanda dəm qazından ölənlərin sayı 2 nəfərə çatdı - YENİLƏNİB
- 19:53 Prezident Zelenski ilə görüşdü - FOTO - YENİLƏNİB
- 19:41 Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub - FOTOLAR
- 19:37 İlham Əliyev Kaya Kallasla görüşdü - FOTOLAR - YENİLƏNİB
- 19:19 “Yaşla əlaqədar təqaüdə çıxmışam” - Etibar Mirzəyev
- 19:06 Prezident Münxendə panel müzakirələrdə iştirak edib - YENİLƏNİB
- 18:58 Polis Nəsimidə profilaktik tədbirlər keçirdi - FOTO/VİDEO
- 18:42 “Sərhədlərimizdə sülh qurulur” - İlham Əliyev
- 18:37 Su kanalında kişi meyiti tapıldı
- 18:24 “Azərbaycan vasitəsilə Avropaya gedən dəhlizin də çox böyük potensialı var” - Prezident
- 18:19 “Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirildi - FOTOLAR
- 17:51 "Meydança yoxdur..." - Qurban Qurbanovdan SƏRT AÇIQLAMALAR
- 17:36 İşə düzəltmək adı altında dələduzluq etdi - Saxlanıldı
- 17:18 Azərbaycanda daha bir polkovnik vəfat etdi - FOTO
- 16:58 Su sayğacları oğurlayan şəxs saxlanıldı
- 16:41 SON DƏQİQƏ! Kəmaləddin Heydərovun 3 müavini qəfil işdən çıxarıldı
- 16:32 "Qarabağ" "İmişli"ni məğlub etdi
- 16:15 Qız boksçular arasında Azərbaycan çempionatı başa çatdı
- 15:59 Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanıldı
- 15:41 Bu yollarda diqqətli olun - Duman olacaq
- 15:22 Zakir Həsənov kollegiya iclası keçirdi - Tapşırıqlar verdi
- 15:06 Şirvanda 6 nəfər narkotiklə saxlanıldı
- 14:31 Qusardakı hoteldə əcnəbinin meyiti tapıldı
- 14:18 Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın SON DURUMU
- 14:07 İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü - FOTO
- 13:59 "Neftçi" 3 əcnəbini transfer etdi
- 13:47 Azərbaycanda 836 uşaq övladlığa verilib - RƏSMİ
- 13:35 Azərbaycan TeleRadiosu - 100 ilin gerçəkliyi
- 13:28 "ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər"
- 13:20 İlham Əliyev Armin Laşetlə görüşdü - FOTO
- 13:13 Rəqəmsallaşma milli təhlükəsizlik və iqtisadi dayanıqlılığın əsas şərtidir
- 13:03 Ötən gün axtarışda olan 159 nəfər saxlanıldı
- 12:46 Qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- 12:30 Azərbaycanda tanınmış polkovnik vəfat etdi - FOTO
- 12:11 Baş nazir məzuniyyətə ÇIXDI
- 12:07 Bazar günü hava necə olacaq?
- 11:44 Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı
- 11:33 Yük maşını minik avtomobili ilə toqquşdu - Sürücü öldü
- 11:17 Ötən gün 60-dan çox cinayətin üstü açılıb