Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

13:52 - 14 İyun 2025

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.


Manset.az-ın məlumatına görə, səfirlikdən bildirilib ki, Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk və onun çəkiliş artıq İran-Azərbaycan sərhədini keçib.

    “Rusiya vətəndaşlarının təxliyəsi üçün nəqliyyat ayırdığına, daha sonra onların hotellərdə yerləşdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edirik”, - deyə səfirlikdən deyilib.

    Qeyd edək ki, İsrailin İrana hava hücumları ilə əlaqədar bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyə olunaraq, Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

    Bu gün səhərdən artıq bir qrup xarici vətəndaş Astara gömrük-buraxılış məntəqəsindən Azərbaycana keçməyə başlayıb.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az