“İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir.”
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. “Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir.”
K.Qafarov İqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir. Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir”.
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir” - Kamaləddin Qafarov
10:52 - 06 İyul 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
01 Noyabr 2026 - 10:22
Bakıda keçmiş ət kombinatında yanğın - VİDEO
01 Noyabr 2026 - 12:43
"APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanıldı
01 Noyabr 2026 - 00:30
Ən faydalı və ən zərərli balıq növləri
01 Noyabr 2026 - 16:16
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
31 Oktyabr 2026 - 23:53
Sabirabadda maşın piyadanı vurdu - Vəziyyəti ağırdır
31 Oktyabr 2026 - 23:14
Uşaqların saçından qazanc - Bəs onların hüquqları?
31 Oktyabr 2026 - 23:28
Daha 2 cüdoçumuz Avropa çempionu oldu
01 Noyabr 2026 - 01:30
Gecə 6 saatdan az yatanları ciddi təhlükə gözləyir
01 Noyabr 2026 - 09:10
Magistral yolda ağır qəza - Ölənlər var
01 Noyabr 2026 - 12:37
Ayın 2-də yağış yağacaq, qara keçəcək - PROQNOZ
01 Noyabr 2026 - 09:28
"Bakı–Tbilisi–Bakı marşrutu üzrə 30 faiz daha ucuz qiymətə səyahət mümkündür" - Bəxtiyar Hacıyev
31 Oktyabr 2026 - 23:36
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
Xəbər xətti
- 01 Noyabr 2026
- 23:00 SEPAH casusun saxlanıldığını açıqladı
- 22:45 Mehriban Əliyeva ailə üzvləri ilə tamaşa izlədi - FOTOLAR
- 22:35 Goranboyda maşın piyadanı vuraraq öldürdü
- 22:25 "Real" La Liqanın XI turunda səfərdə "Rasinq"i darmadağın etdi
- 22:16 Məşhur rejissor özünü təsadüfən güllələdi
- 22:05 Rusiya Ermənistan mediasının iddialarını təkzib etdi
- 21:50 Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - VİDEO
- 21:40 İranda COVID-19 yenidən yayılır- Ölənlər var
- 21:28 Üçüncü dəfə prezident olmaq istəyir
- 21:15 Dallasda atışma - 4 nəfər öldü, 15 nəfər yaralandı
- 20:54 Cüdoçumuz qızıl medal qazandı
- 20:36 “Qalatasaray”da daha bir ayrılıq - O da istefa verdi
- 20:16 Əliyevalar “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimat mərasimində - FOTOLAR
- 19:54 Ağstafada maşın 2 yeniyetmə qızı vurdu
- 19:34 "Kəpəz" növbəti qələbəsini qazandı
- 19:16 "APA TV müxbirinə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir" - Mətbuat Şurasının sədri
- 18:53 Fransada toqquşmalarda 159 polis, 60 aksiya iştirakçısı xəsarət alıb
- 18:33 Türkiyədə narkotik əməliyyatı - 40 nəfər saxlanıldı
- 18:12 Bərdədə evdən meyiti tapılan yeniyetmənin FOTOSU
- 17:54 Tayvan sahillərində güclü zəlzələ oldu
- 17:33 İranda COVID-19-a yoluxma artır
- 17:16 “Neftçi” qələbə qazandı
- 16:51 Antalya Belek tələbələrindən böyük uğur - "GastroAntalya"da 6 medal
- 16:35 "Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək"
- 16:16 Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
- 15:52 “Qalatasaray”ın vitse-prezidenti istefa verdi
- 15:34 Bəzi yollarda duman olacaq - Sürücülərin NƏZƏRİNƏ
- 15:17 "Bu gün APA TV əməkdaşına, sabah hər birimizə hücum edilə bilər!” - Əli Vəliyev
- 15:00 Kəlbəcər yolunda yük maşını sürücüsü qəzada öldü
- 14:45 Gəncədə evdən 35 yaşlı kişi meyiti tapıldı
- 14:30 Azərbaycanlı professor vəfat etdi - FOTO
- 14:22 Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşdü - FOTOLAR
- 14:05 Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
- 13:51 Leyla Əliyeva Payız festivalından paylaşım etdi
- 13:30 Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
- 13:10 Bakıda şadlıq sarayında qadınlar qidadan zəhərləndi
- 12:43 "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanıldı
- 12:37 Ayın 2-də yağış yağacaq, qara keçəcək - PROQNOZ
- 12:30 Daha bir jurnalist hadisəni işıqlandırarkən döyüldü - VİDEO
- 12:15 APA Group-dan əməkdaşının peşə fəaliyyətinə mane olunması barədə AÇIQLAMA
- 12:09 Prezident əlcəzairli həmkarını təbrik etdi
- 11:50 15 yaşı tamam olmayanlara sosial şəbəkə qadağası qüvvəyə mindi
- 11:30 Almaniyada 120 minlik AKSİYA - "Z nəsli bunu həll edəcək"
- 11:00 ABŞ-da stadionda atışma oldu
- 10:42 Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
- 10:22 Bakıda keçmiş ət kombinatında yanğın - VİDEO
- 10:05 Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasından tam razıdırlar
- 09:45 Göygöldə ağır qəza - Yaralananlar var
- 09:28 "Bakı–Tbilisi–Bakı marşrutu üzrə 30 faiz daha ucuz qiymətə səyahət mümkündür" - Bəxtiyar Hacıyev
- 09:10 Magistral yolda ağır qəza - Ölənlər var
- 08:30 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir?