Bu tanınmış xanıma YAP-da yüksək vəzifə verildi - FOTO

11:07 - 17 İyul 2025

Bu tanınmış xanıma YAP-da yüksək vəzifə verildi - FOTO

Yeni Azərbaycan Partiyasında kadr dəyişikliyi olub. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun əmri ilə Bədəlova Ramilə Alxan qızı Mərkəzi Aparatın rəhbərinin müavini vəzifəsinə təyin olunub.


Manset.az Konkret.az-a istinadən xəbər verir ki, Ramilə Bədəlova 1981-ci ildə Bakıda anadan olub. YAP Yasamal Rayon təşkilatında təlimatçı, Partiyanın Mərkəzi Aparatında baş məsləhətçi, şöbə müdirinin müavini və Mərkəzi Aparatın sənədlərlə iş və statistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

Ölkə prezidentinin müvafiq sərəncamı ilə 2022 – ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi Nurlan Qələndərliyə sorğu ünvanlanıb. Lakin sorğuya cavab verilməyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az