"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır"

22:05 - 19 İyul 2025

\"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır\"

Buraya (Azad olunan torpaqlara – red.) qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəai ilə artıq təmin edilib. Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub.


Manset.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb.

Böyük Qayıdış proqramının artıq reallaşdırıldığını xatırladan Prezident bildirib ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq. Qarabağ, Şərqi Zəngəzur dirçələcək. “Böyük Qayıdışın əvvəlində mən demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Burada öz gözlərimizlə görürük”, - deyə dövlətimizin başçısı


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az