"Vətən müharibəsində Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı" - Hikmət Hacıyev

10:40 - 20 İyul 2025

\"Vətən müharibəsində Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı\" - Hikmət Hacıyev

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.

O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı:

“Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əksarqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az