Azərbaycan və Ermənistandan ATƏT-ə MÜRACİƏT

02:03 - 09 Avqust 2025

Azərbaycan və Ermənistandan ATƏT-ə MÜRACİƏT

Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik edib.


Manset.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə yer alıb.

"Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq", - tərəflər bəyannamədə çağırış ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az