Ukrayna ilə bağlı razılıq olub? - Tramp açıqladı

08:59 - 16 Avqust 2025

Ukrayna ilə bağlı razılıq olub? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.


Manset.az xəbər verir ki, bu barədə o, “Fox News”a  müsahibəsində deyib.

Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. 

Buna cavab olaraq Tramp deyib: “Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az