Azər Əliyev yüksək vəzifəyə gətirildi - YENİ TƏYİNATLAR

13:33 - 16 Dekabr 2021

Azər Əliyev yüksək vəzifəyə gətirildi - YENİ TƏYİNATLAR

Bu gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk  iclası keçirilib. 

 

Milli Olimpiya Komitəsinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə,  Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb. 

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev idi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az