Ceyhun Bayramov Hakan Fidanla görüşdü

22:38 - 06 Oktyabr 2025

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurası çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin və hərtərəfli ittifaqının uğurla inkişaf etdiyini vurğulayıblar.

Görüşdə siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələri üzrə müzakirələr aparılıb. TDT çərçivəsində həmrəylik və tərəfdaşlığın ən yüksək əhəmiyyət daşıdığı qeyd olunub.

Nazirlər həmçinin regional məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az