Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

15:47 - 19 Oktyabr 2025

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.


Manset.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında yazıb.

Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.

Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az