Rusiya dekabrın 18-də “Açıq Səma Sazişi”ndə iştirakını rəsmən dayandırıb.
Mnaset.az xəbər verir ki, Rusiya ilə vahid qrupa daxil olan Belarusda isə sazişdə iştirakın davam etdirilməsi və ya ondan çıxmağın mümkünlüyü məsələsi hələ nəzərdən keçirilir.
Xatırladaq ki, iyunun 7-də Rusiya prezidenti Vladimir Putin “Açıq Səma Sazişi”nin denonsasiyası barədə qanun imzalayıb.
“Açıq Səma Sazişi” soyuq müharibədən sonra Avropada etimadın artırılması tədbirlərindən biri idi.
O, 34 üzv dövlətin bir-birinin hərbi qüvvələri və fəaliyyətləri barədə açıq şəkildə məlumat toplamağa imkan verir.