Ukraynadakı səfirliyimiz fəaliyyətini dayandırıb? - XİN-dən rəsmi cavab

17:56 - 14 Noyabr 2025

Ukraynadakı səfirliyimiz fəaliyyətini dayandırıb? - XİN-dən rəsmi cavab

Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini davam etdirir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN rəsmisi diqqətə çatdırıb ki, səfirlik əməkdaşlarının təxliyəsi nəzərdə tutulmur.

Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb. Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub, bu zərbə insan tələfatına səbəb olmayıb. Hadisə ilə bağlı Bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyaya nota verilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az