Nizami rayonunda müşavirə keçirildi - Fotolar

14:01 - 15 Noyabr 2025

Nizami rayonunda müşavirə keçirildi - Fotolar

 14.11.2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2025–2026-cı illərin qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərin vəziyyətinin yoxlanılması, eləcə də qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki və məhəllədaxili yolların vaxtında qardan təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması məsələləri ilə bağlı müşavirə keçirilib.


Manset.az xəbər verir ki, müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, rayonun xidmət sahələrinin məsul şəxsləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Müşavirədə rayon xidmətlərinin soyuq qış mövsümünə, xüsusilə güclü qar yağmasına hazırlıq vəziyyəti araşdırılıb və görülməsi zəruri olan tədbirlər müzakirə edilib.

Bildirilib ki, Rayon İcra Hakimiyyətində qışa hazırlıqla bağlı yaradılmış qərargah, kommunal və təsərrüfat xidmətləri, eləcə də aidiyyəti təşkilatların rəhbərləri qış mövsümündə üzərlərinə düşən vəzifələrin vaxtında və tam şəkildə icrası üçün hazır vəziyyətdə olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün zəruri alət və inventarların toplanması, duz ehtiyatının yaradılması və xüsusi texnikanın saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb və bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonun idarə, təşkilat və özəl qurumları, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində fəal iştirak etməyə çağırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az