Daşkəndin mərkəzi küçələrindəki binalarda Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın bayrağı proyeksiya olunur.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu addım iştirakçı ölkələr arasında həmrəyliyi və dostluq münasibətlərini simvolizə edib, şəhərdə bayram ab-havası yaradıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdədir.