Hərbi Prokurorluqda dəyirmi masa keçirilib - Fotolar

17:28 - 20 Noyabr 2025

Hərbi Prokurorluqda dəyirmi masa keçirilib - Fotolar

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda Hərbi Prokurorluğun rəhbərliyinin iştirakı ilə müasir təhlükəsizlik baxışlarının yenilənməsi və hərbi sahədə elmi-innovativ yanaşmaların rolunun dərinləşdirilməsinə həsr olunmuş geniş tərkibli dəyirmi masa keçirilib.


Hərbi Prokurorluqdan Manset.az-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstünün və Şəhid abidəsinin önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov tədbirdə çıxışı zamanı günümüzdə müasir elmi-texnoloji inkişaf fonunda ölkəmizin müdafiə konsepsiyasında bilik, texnologiya və intellektual resursların tətbiqinin sevindirici hal olmasını, bu sahəyə diqqəti daha da artırmağın vacibliyini qeyd etməklə, “Elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi” mövzusunda təşkil olunan tədbirin xüsusi əhəmiyyətini qeyd edib.

Çıxış zamanı Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurla tətbiq etdiyi müasir innovasiyalar və döyüş strategiyasına diqqət ayrılmaqla, son dövrlərdə aparılan müharibələrin taleyinin yalnız ənənəvi döyüş texnikalarından deyil, saniyələr ərzində qərar verə bilən süni intellekt sistemlərindən, yeni nəsil hərbi silahlardan, yüksək dəqiqlikli zərbə vasitələrindən, pilotsuz uçuş aparatlarından, kiberəməliyyatlar və rəqəmsal müşahidə texnologiyalarından asılı olmasını, bu mənada elmi-nəzəri biliklərlə müasir innovasiyaların vəhdətinin zəruriliyi vurğulanıb.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bu kimi tədbirlərin keçirilməsində Hərbi Prokurorluğun təşəbbüsü və iştirakını müsbət qiymətləndirib, habelə tədbirin gedişində Hərbi İnstitutun zabit və müəllim heyəti ilə PUA sistemlərinin inkişaf tendensiyaları, rəqəmsal döyüş idarəçiliyinin tətbiqi, kibermüdafiə imkanlarının genişləndirilməsi, əməliyyat məlumatlarının süni intellekt vasitəsilə emalı və risklərin qabaqcadan proqnozlaşdırılması mövzularında müzakirələr aparılıb, iştirakçıların bu istiqamətlərdə təklifləri dinlənilib.

Tədbirin sonunda təhsildə fərqlənmiş kursantlara hədiyyələr təqdim edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az