“Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçiliyimizin ciddi sınaqlara məruz qaldığı, ölkənin vətəndaş müharibəsinin bir addımlığında durduğu bir dövrdə Azərbaycanın taleyini düşünən bir qrup ziyalı insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, dünya miqyaslı peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”.
Bu sözləri Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət edib onu yenidən hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlərlə üzləşə bilərdi. “Beləliklə, XX əsrin sonlarında Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxarmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur.”
Millət vəkili YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının effektivliyini vurğulayaraq deyib: “YAP-ın beş fəsildən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə, yeni Proqramda Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd olunub. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, YAP-ın strateji hədəflərindən olan “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” konsepsiyaları bu gün ölkəmizdə və ümumilikdə Cənubi Qafqazda formalaşmış yeni reallıqların və gedən proseslərin fonunda öz aktuallıqlarını getdikcə artırırlar. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. 2023-cü il sentyabrın 19-da ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın, eləcə də ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə güclü ordu quruculuğu işinin davam etdirilməsi Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin prioritet istiqamətlərindən biridir”.
“YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
11:18 - 21 Noyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
28 Oktyabr 2026 - 10:00
3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
28 Oktyabr 2026 - 19:06
Jurnalistlərin narazı olduğu mətbuat katibi işdən çıxarıldı
28 Oktyabr 2026 - 15:52
Bu cərimənin məbləği kəskin azaldılır
28 Oktyabr 2026 - 15:45
“Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir”
28 Oktyabr 2026 - 12:40
Sabaha olan hava PROQNOZU
28 Oktyabr 2026 - 12:25
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - YENİLƏNDİ
28 Oktyabr 2026 - 09:30
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının SİYAHISI
28 Oktyabr 2026 - 16:44
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi - FƏRMAN
28 Oktyabr 2026 - 15:38
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
28 Oktyabr 2026 - 16:26
İlham Əliyevdən mühüm FƏRMAN
28 Oktyabr 2026 - 17:30
“Qarabağ” “Dinamo”ya uduzdu - YENİLƏNDİ
28 Oktyabr 2026 - 11:48
DYP 2 gəncin öldüyü qəzanın səbəbini açıqladı
Xəbər xətti
- 29 Oktyabr 2026
- 08:30 Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
- 08:00 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə
- 01:30 Şan balı yoxsa süzmə bal - Ən faydalısı hansıdır?
- 00:30 Neymarın cəzası bilindi
- 28 Oktyabr 2026
- 23:58 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:38 Azərbaycanda aliment artırılacaq - Yeni məbləğ
- 23:29 Göygöldə evdən meyit tapıldı
- 23:16 “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyadan FOTOLAR
- 22:59 Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə - FOTOLAR
- 22:48 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
- 22:31 Adil Kərimli Sudanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşdü - FOTOLAR
- 22:14 İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi
- 21:54 Jurnalistləri həmin məktəbin önündə döydülər - Saxlanılanlar var - VİDEO
- 21:32 Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşdü
- 21:15 “Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsindən FOTOLAR
- 20:58 67 yaşlı kişi bıçaqlandı - Qonşusu şübhəlidir
- 20:41 Azərbaycan ilə Somali arasında əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO
- 20:22 Bu yollarda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 20:06 “Gənclər dialoqu: diqqət mərkəzində təsir” sessiyası keçirildi - FOTOLAR
- 19:51 İspaniyada 3 günlük ümummilli matəm elan edildi
- 19:43 Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
- 19:21 Adil Kərimli Hina Validlə görüşdü - FOTO
- 19:06 Jurnalistlərin narazı olduğu mətbuat katibi işdən çıxarıldı
- 18:52 XİN İspaniyaya başsağlığı verdi
- 18:38 Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLAR
- 18:29 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 18:14 “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görüldü - FOTOLAR
- 17:57 "Qarabağ" 6 000 manat cərimələndi
- 17:50 Azərbaycanda nikahdankənar doğulan uşaqların SON STATİSTİKASI
- 17:42 Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
- 17:35 Mehri dəmir yolu ilə bağlı cinayət işi açıldı
- 17:30 “Qarabağ” “Dinamo”ya uduzdu - YENİLƏNDİ
- 17:28 Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR
- 17:20 İntihar baş verən məktəbə psixoloqlar cəlb olundu
- 17:12 "Azərbaycan Məkkə Konvensiyasına qoşulub" - Kamran Əliyev
- 17:05 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşdü
- 16:58 Xosrov Əbdürəhmanov vəzifəsindən azad edildi
- 16:50 “Səbail”in prezidenti hakimlərə hədə-qorxu gəldi - Ağır cəzalandı
- 16:44 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi - FƏRMAN
- 16:40 Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlandı
- 16:32 “Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
- 16:26 İlham Əliyevdən mühüm FƏRMAN
- 16:19 Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
- 16:13 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi
- 16:00 “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olundu - FOTOLAR
- 15:52 Bu cərimənin məbləği kəskin azaldılır
- 15:45 “Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir”
- 15:42 “ “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası uzunmüddətli hədəfləri müəyyən edir” - Səbinə Hacıyeva
- 15:38 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
- 15:32 "Prezidentin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu" - Deputat
- 15:28 “Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olub” - Səbinə Hacıyeva