Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində deputat ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT-in fəaliyyəti, aktuallığını qoruyan siyasi məsələlər və seçkilərin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.