Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edildi

17:09 - 01 Dekabr 2025

Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edildi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı qərar Ali Məclisin dekabrın 1-də keçirilmiş iclasında qəbul olunub.

Məlumata görə, iclasda muxtar respublikanın 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" məsələyə baxılıb. Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

İclasda daha sonra müvafiq təqdimat əsasında Samiq Asəf oğlu Sadıxovun Naxçıvan MR səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az