Nizami rayonunda müşavirə keçirildi - FOTOLAR

12:13 - 05 Dekabr 2025

Nizami rayonunda müşavirə keçirildi - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə 04 dekabr 2025-ci il tarixində “Nizami rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzularında rayon müşavirəsi keçirib.


Manset.az xəbər verir ki, müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, FHN Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov, FHN Bakı Regional Mərkəzinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil ocaqlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Müşavirədə rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyəti, yanğın təhlükəsizliyinin təmin olunması və bu sahədə potensial risklərin müəyyən edilərək qabaqlayıcı tədbirlərin görülməsi müzakirə edilib.

Həmçinin, rayonda enerji təchizatı və qaz təsərrüfatında, həmçinin yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti, mövcud problemlər və onların həlli yolları barədə məruzələr dinlənilib.

Müşavirədə, eyni zamanda, mülki müdafiə işinin təşkili ilə bağlı komissiya yaradılıb. Komissiyaya mülki müdafiə hazırlığının yoxlanılması və monitorinqlərin keçirilməsi tapşırılıb. Xüsusilə son zamanlar baş verən xoşagəlməz yanğın hadisələri nəzərə alınaraq bazarların, ticarət mərkəzlərinin, istehsalat müəssisələrinin, çoxmənzilli yaşayış binalarının balanssaxlayıcılarına yanğın təhlükəsizliyi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az