Zakir Həsənov Liviyaya başsağlığı verdi

19:00 - 24 Dekabr 2025

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri cənab Abdülhəmid Dibeybəyə başsağlığı verib.


Bu barədə Manset.az -a Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında qeyd olunur:

"Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli "Falkon 50" tipli təyyarənin qəzaya uğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd əl-Haddadın və digər heyətin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az