“Bizim
çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü
infrastruktur yaradılıbdır”.
Manset.az xəbər verir ki, bu
sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Yollar,
dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar
da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri
görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında
yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar
keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da
müsbət təsir göstərir” , - dövlət başçısı qeyd edib.