“Yaxın günlərdə Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilib”.
Manset.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi. Bunlardan biri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumat olub. Bu, ciddi suallar yaradır və təəccüb doğurur”, - nazir qeyd edib.
Onun sözlərinə görə, həmin məktuba cavab olaraq təfsilatlı mövqe ortaya qoyulub və Rusiyaya çatdırılıb: “Bizim əsas gözləntimiz bu məsələnin tezliklə araşdırılmasının başa çatdırılması, kompensasiyaların ödənilməsidir”.