Daxili işlər naziri sıra baxışı keçirəcək

09:25 - 27 Dekabr 2025

Daxili işlər naziri sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı il yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.


Manset.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az