Ermənistan təbliğat müharibəsində də Azərbaycana məğlub olmaqda davam edərək, Qarabağdan da imtina edib.
Manset.az “aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Köçəryan deyib ki, Qarabağ məsələsində qeyri-müəyyənlik dəyişməz olaraq qalır.
“Ancaq məsələyə aydınlıq gətirildi. Artıq baş nazir bəyan edir ki, 2016-cı ildən etibarən Qarabağ Azərbaycandan kənarda statusun nəzəri imkanlarını itirib.
Bu, Ermənistanın mövqeyidir. Deməli, Ermənistan Qarabağdan əlini çəkib. Baş nazirin son açıqlamaları onu deməyə əsas verir ki, onlar ya nə etdiklərini başa düşmürlər, ya da bunu planlı şəkildə edirlər” – Köçəryan bildirib.
O, əlavə edib ki, Ermənistan bütün istiqamətlərdə mütləq fiaskoya uğrayıb.