Nazir müavini Qubada vətəndaşları qəbul edəcək

12:36 - 09 Aprel 2026

Nazir müavini Qubada vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.

 

ETN-dən Manset.az-a verilən məlumata görə, Qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər. 

Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az