logo
logo logo
logo

Həmin sertifikatı Prezidentə təqdim etdi - FOTOLAR

12:30 - 14 Sentyabr 2026

Həmin sertifikatı Prezidentə təqdim etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.


Manset.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olunub. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunulub, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlanıb. Qonaq bu mükafatın sertifikatını dövlət başçısına təqdim edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az