İlham Əliyevlə moldovalı həmkarı arasında telefon danışığı baş tutub - FOTO

18:16 - 03 Mart 2022

İlham Əliyevlə moldovalı həmkarı arasında telefon danışığı baş tutub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevlə Moldova Prezidenti Maya Sandu arasında telefon danışığı olub.

Manşet.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu tvitter hesabında paylaşım edib.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Moldova və regiondakı cari hadisələri müzakirə etdik. Azərbaycanla enerji sektoru da daxil olmaqla ticarət-iqtisadi əməkdaşlığımızın intensivləşdirilməsi yollarını axtarmağa davam etmək barədə razılığa gəldik”, - deyə o bildirib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az