Venediktov İlham Əliyev barədə nələr dedi? - VİDEO

13:00 - 28 Mart 2022

Venediktov İlham Əliyev barədə nələr dedi? - VİDEO

Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovun Azərbaycan Prezidenti İlham Əliyev haqda dedikləri sosial şəbəkələrdə trendə çevrilib.

 

Manset.az xəbər verir ki, Venediktov jurnalistlə söhbətində İlham Əliyevin Qarabağ zəfərindəki roluna xüsusi toxunub:

“Təkcə Qarabağdakı qələbəyə görə İlham Əliyevə nəhəng orden vermək lazımdır. O, hətta “Sonra” deyərək Xankəndini götürməməyə belə razılaşdı. Çünki onlar heç nədən imtina etməyiblər. Onlar müharibəni dayandırmaq üçün Putinlə görüşə getdilər. Bilirsiniz, erməni əsirləri nəyə dəyişdilər? Mina xəritələrinə. Çünki hər yer minalanmışdı. Şuşa beynəlxalq mərkəz, Honkonq, Sinqapur, Dubay olacaq”.

Onun sözlərinə görə, İlham Əliyev Azərbaycanın maraqları nöqteyi-nəzərindən çox möhtəşəm görünür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az