Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Manset.az-ın məlumatına görə, rayonun ərazisində 2 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            