Narkotacirlər polisləri şoka saldı - Meksikadan ABŞ-a tunel çəkdilər (FOTO/VİDEO)

10:08 - 19 May 2022

Narkotacirlər polisləri şoka saldı - Meksikadan ABŞ-a tunel çəkdilər (FOTO/VİDEO)

Meksika polisi narkotacirlərin istifadə etdiyi yeraltı tunel aşkar edib.

 

Manset.az xəbər verir ki, Pablo Eskobar davamçıları Meksikanın Tijuana şəhərindən ABŞ-ın Kaliforniya ştatının Otay Mesa şəhərindəki anbara qədər uzanan narkotik tuneli çəkiblər.

Yeraltı keçidin uzunluğu 531 metr, dərinliyi isə 18 metrdir. Tunel möhkəmləndirilmiş divarlar, dəmir yol, havalandırma sistemi və elektrik enerjisi ilə təmin edilib.

Narkotacirlərin istifadə etdiyi tunel federal narkotik araşdırması zamanı aşkar edilib. Əməliyyat zamanı 800 kq kokain satmaq istəyən 6 nəfər saxlanılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az