Azərbaycanda İcra Hakimiyyətində yeni TƏYİNAT

17:59 - 25 May 2022

Azərbaycanda İcra Hakimiyyətində yeni TƏYİNAT

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.

 

Manset.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakültəsində təhsil alıb, yeni təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aparatında, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az