“Twitter” 150 milyon dollar cərimələndi - ŞOK SƏBƏB

10:40 - 26 May 2022

“Twitter” 150 milyon dollar cərimələndi -  ŞOK SƏBƏB

ABŞ "Twitter"i 150 milyon dollar cərimələyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Twitter” sosial media platforması şəxsi məlumatları pozduğuna görə 150 milyon dollar cərimələnib.

ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyası şirkəti 6 il ərzində istifadəçilərin şəxsi məlumatlarını reklamçılara satmaqda ittiham edib.

Məlumatların təhlükəsizlik məqsədilə toplandığı, lakin sonradan istifadəçilərə reklamlarla təsir etmək üçün də istifadə edildiyi açıqlanıb.

Tviter 2011-ci ildə imzalanmış müqaviləni pozmaqda da ittiham olunub.

Müqavilə ilə şirkət istifadəçilərin telefon nömrələri və e-poçt ünvanları kimi təhlükəsizlik məqsədləri üçün toplanan məlumatları reklamçılara satmayacağına razılaşıb.

Bununla belə, Tviterin də bu məlumatlardan 2019-cu ilin sentyabr ayına qədər reklamı təkmilləşdirmək üçün istifadə etdiyi vurğulanıb.

Federal prokurorların sözlərinə görə, Tviterdə 140 milyondan çox istifadəçinin belə şəxsi məlumatları var.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az