Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək.
Manset.az xəbər verir ki, bu barədə “Report”a İttifaqın Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

O qeyd edib ki, filmin təqdimat mərasimi iyunun 14-də Nizami Kino Mərkəzində baş tutacaq: “Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, "Səlnamə" studiyası və Kinematoqrafçılar İttifaqıdır”.