Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqları və pensiyalar yenidən artır - VİDEO

10:44 - 09 İyun 2022

Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqları və pensiyalar yenidən artır - VİDEO

"2022-ci ilin dövlət büdcəsi tərtib olunub və proqnozlaşdırılarkən neftin bir barrelinin qiyməti 50 ABŞ dolları həcmində müəyyənləşib. Hazırda neftin qiyməti 128 dolları keçib. Bu vəziyyət bizim iqtisadiyyatımız üçün şox önəmlidir".

 

Manset.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

O əlavə edib ki, proqnozdan artıq büdcəyə vəsait daxil olursa, büdcənin xərc hissəsinin artırılması həyata keçirilir:

"Gəlirlərimiz artırsa, ilk növbədə bu sosial xərclərə yönəlir. Azərbaycanda həssas sosial sfera var. Bura müharibə veteranları, təqaüdçülər və bu kimi kateqoriyadan olan insanlar daxildir.

Bütövlükdə sosial xərclər dedikdə isə əməkhaqları, səhiyyə xərcləri və digərləri nəzərdə tutulur".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az