İlham Əliyev İran Prezidentinə başsağlığı VERDİ

19:05 - 09 İyun 2022

İlham Əliyev İran Prezidentinə başsağlığı VERDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisiyə başsağlığı ünvanlayıb.

 

Manset.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az